Qaxa dolu yağdı

Qaxa dolu yağdı

Qax sakinləri gecə qış fəslində heç yaşamadıqları hadisəyə şahid olub. Rayonun bir neçə kəndinə dolu yağıb.

Aktual.az Kanal S-ə istinadən xəbər verir ki, qış fəslinə xas olmayan göy gurultusu və şimşək çaxması ilə müşahidə olunan dolu, əsasən, şəhər mərkəzindən 12 kilometr uzaqlıqda, dəniz səviyyəsindən 1400 metr yüksəklikdə yerləşən İlisu kəndində, Turaclı kəndində və Qorağan kəndində qeydə alınıb.

Təqribən 5 dəqiqə müddətində noxud iriliyində yağan dolu təsərrüfata ziyan vurmayıb. Ancaq bu hadisə qış fəsli üçün xarakterik olmadığından kənd sakinlərinin marağına səbəb olub.

Şəki Regional Hidrometeorologiya Müəssisəsinin Hidrometeorologiya şöbəsinin rəisi Qüdrət Eminov bildirib ki, qış fəslində dolu yağması tarixən nadir rastlanan hadisədir. Dolunun yağmasına səbəb bir həftə ərzində temperaturun kəskin dəyişməsi olub.

Şöbə müdiri onu da əlavə edib ki, ayın 10-na qədər respublikanın şimal-qərb bölgəsində sulu qar və qar yağacağı gözlənilir

Xəbər 492 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR