Mayın 22-də IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasiminə gedən tamaşaçılar üçün, Bakı sərnişin stansiyasından "Koroğlu” dayanacağına və əks istiqamətdə qatar xidməti göstəriləcək.
Bu barədə Aktual.az-a "Azərbaycan Dəmir Yolları”Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova məlumat verib.
Onun sözlərinə görə, axşam saat 18:00-dan 20:00-a kimi Bakı sərnişin stansiyasından "Koroğlu” dayanacağına 30 dəqiqədən bir qatar işləyəcək.
Mərasim başa çatandan sonra - axşam saat 23:30-dan gecə saat 01:30-a kimi izləyicilərin "Koroğlu” dayanacağından Bak sərnişin stansiyası, Biləcəri, Xırdalan və Sumqayıt istiqamətində "KİSS” markalı ikimərtəbəli elektrik qatarları ilə ödənişsiz daşınması təmin ediləcək.
Aktual.az
Xəbər 251 dəfə oxunub.