Qasırğa 45 nəfəri öldürdü

Qasırğa 45 nəfəri öldürdü
  • DÜNYA

Meksikada "Erl" tropik qasırğası nəticəsində 45 nəfər ölüb.

Aktual.az report-a istinadən bildirir ki, təbii fəlakət ölkənin şərqində çoxsaylı torpaq sürüşməsi və daşqınların baş verməsinə səbəb olub.

Məlumata görə, sürüşmə nəticəsində yaşayış evləri torpaq altında qalıb. Həmin evlərdə insanların olduğu da ehtimal edilir. İtkin düşənlərin sayı bilinmir.
Xəbərdə ölənlərin 15-nin uşaq olduğu bildirilib.

Məlumatda həmçinin Meksikanın qərbində paralel olaraq baş verən "Xavyer" qasırğasının isə aviareyslərin təxirə salınmasına səbəb olduğu qeyd edilib. 

Xəbər 326 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR