Qarlı-şaxtalı hava şəraiti yollarda problem yaratmayıb - “Azəravtoyol“

Qarlı-şaxtalı hava şəraiti yollarda problem yaratmayıb - “Azəravtoyol“

""Azəravtoyol” şaxtalı hava şəraiti ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib”

Aktual.az xəbər verir ki, bunu AzNews.az-a açıqlamasında "Azəravtoyol” ASC-nin mətbuat katibi Anar Nəcəfli bildirib. O, qeyd edib ki, noyabrın 22-dən başlayan qarlı-şaxtalı hava şəraiti paytaxt və bölgələrdə hər hansı bir problem yaratmayıb:

"Bəzi yollar, məsələn, Bakı Dairəvi Yolu buz bağlayıb. Həmin ərazilərə duz-qum qarışığı səpilib. Biz hər payız və qış aylarında gücləndirilmiş iş rejimində işləyirik. Bu məqsədlə hələ yay aylarından tədbirlər planı hazırlanır və o mövsüm boyu həyata keçirilir.” 
A.Nəcəfli hazırda bütün texnikanın hazır vəziyyətdə olduğunu qeyd edib: 
"Qarşıdakı ayları nəzərə alaraq, qum-duz ehtiyatı toplanır. Yəni, "Azəravtoyol” qışa hazırdır”.

Aktual.az 
Xəbər 412 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR