Azərbaycan Prezidenti İlham Əliyevlə görüş zamanı Gürcüstanın regionda davamlı sülh və sabitliyə verdiyi dəstəyi bir daha vurğuladıq.
Aktual.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili X hesabında yazıb.
O bildirib ki, Tiflis və Bakı əlaqələri gücləndirməyə və iqtisadi artımı dəstəkləməyə diqqət yetirir:
"Biz ticarət, enerji, davamlılıq və infrastrukturun inkişafı sahəsində xalqlarımıza fayda vermək üçün birgə imkanları araşdırırıq”.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev oktybarın 8-də Gürcüstanda işgüzar səfərdə olub.
Xəbər 613 dəfə oxunub.