İki qardaşı döyüb, birini bıçaqlayan gəncə qarşı cinayət işi açılıb.
Aktual.az Milli.Az-a istinadən xəbər verir ki, hadisə Qaradağ rayonunda baş verib.
Qobustan qəsəbəsində yaşayan 1990-cı il təvəllüdlü Teyyub Mustafayev və 1994-cü il təvəllüdlüElşən Rzayev xuliqanlıq zəminində bir-birini döyüblər.
Hadisə zamanı orada olan və davaya mane olmaq istəyən T.Mustafayevin qardaşı, 1991-ci il təvəllüdlü Mahir də döyülüb və E.Rzayev onu ayağından bıçaqlayıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 211-ci maddəsi ilə cinayət işi açılıb