Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qardaşını öldürməkdə təqsirləndirilən Qusar rayon sakini, 1997-ci il təvəllüdlü Baxışova Alyona Fazil qızının cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
Aktual.az report-a istinadən bildirir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən iclasda şahidlər ifadə veriblər.
Məhkəmənin növbəti prosesi yanvarın 21-nə təyin edilib.
Qeyd edək ki, ittiham aktına əsasən, hadisə 2014-cü il Qusar rayonunun Lecet kəndində baş verib. A.Baxışova qardaşı Baxış Baxışovu qətlə yetirib. A.Baxışova ilkin ifadəsində bildirib ki, qardaşı təcavüz etmək niyyətində olduğu üçün onu balta ilə vurub. A.Baxışova qardaşını öldürdükdən sonra basdırıb. Hadisədən yeddi ay keçəndən sonra meyiti çıxarıb başqa yerdə dəfn edib. Cinayət işinin üstü isə B.Baxışovun telefonundan ailə üzvlərinə gələn mesajdan sonra açılıb. Mesajın A.Baxışova tərəfindən yazıldığı məlum olub. O, polis əməkdaşları tərəfindən saxlanılıb. A.Baxışova qardaşını öldürdüyünü etiraf edib.
O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur.