Abşeron rayonunda qardaşının həyat yoldaşını öldürən şəxs intihar edib.
APA xəbər verir ki, 1963-cü il təvəllüdlü Allahverdiyev Fərhad Mürsəl oğlu 1979-cu il təvəllüdlü Aygünəş Kazımovanı qətlə yetirdikdən sonra elə həmin bıçaqla özünə də ağır xəsarətlər yetirib. Xəstəxanaya aparılan F.Allahverdiyev orada dünyasını dəyişib.
Faktın təfərrüatlarını Abşeron rayon Prokurorluğu araşdırır.
Xəbər 528 dəfə oxunub.