Bakıda qardaş öz doğma qardaşını bıçaqlayıb.
Hadisə Sabunçu qəsəbəsində qeydə alınıb. Qəsəbənin Aydınbəyov küçəsində baş verən hadisə zamanı bir nəfər ağır bədən xəsarətləri alıb. Yaxınlıqdakı kafedən çıxan qardaşlar qəsəbədə yerləşən park ərazisinə daxil olub və mübahisə ediblər. Bu zaman Etibar Abbasov cibbindən çıxardığı bıçaqla 39 yaşlı qardaşı İlqara bir neçə dəfə zərbə vurub.
Bu mübahisənin başlanğıcı isə kafedə yeyib-içmək məclisində baş tutub. Etibar Abbasov qardaşını bıçaqlamadan öncə qohumları onları sakitləşdirməyə çalışıb. Bu baş tutmayınca mübahisə qanlı sonluqla bitib. Ağır xəsarət alan İlqar Abbasov evə doğru sürünərək hərəkət etməyə çalışıb. Bunu görən qohumları onu dərhal xəstəxanaya çatdırıblar. Yaralı əməliyyata götürülüb və həkimlər onun həyatını xilas ediblər.
İlqarla Etibar bir mənzildə yaşayırlarmış. Qonşular şifahi olaraq onu bildirdilər ki, hər iki qardaş sərxoş olarkən həmişə mübahisə edirlərmiş. Hətta bu zaman onlar bir-birini döyürdülər.
Qardaşını bıçaqlayan Etibar Abbasov könüllü olaraq Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsinə gələrək təslim olub.
Faktla əlaqədar cinayət işi başlanıb.//Anspress.com