Qardaş həsrətinə dözməyən qız - Canına qəsd etdi

Qardaş həsrətinə dözməyən qız   - Canına qəsd etdi

Gədəbəy rayonunda intihara cəhd olub.

Aktual.az Anspress-ə istinadən xəbər verir ki, Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından verilən məlumata görə, rayonun Gərgər kəndində qeydə alınıb. Kənd sakini 1991-ci il təvəllüdlü Ruhanə Niyazi qızı İsmayılova sirkə turşusu ilə zəhərlənmə əlamətləri ilə xəstəxanaya gətirilib.

Ona dərhal lazımı tibbi yardım göstərilib, hazırda vəziyyətinin orta ağır olduğu bildirilir. Yaxınlarının verdiyi məlumata görə, R. İsmayılovanın cavan qardaşı bir müddət əvvəl dünyasını dəyişib. 25 yaşlı qadın da qardaşının həsrətinə dözmədiyi üçün sirkə turşusu içərək intihara cəhd edib.

Faktla bağlı Gədəbəy Rayon Polis İdarəsində araşdırma aparılır.

Martın 7-də Göygöl rayonunda da həsrətə dözməyən kişi intihara cəhd edib. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Məlumata görə, Göygöl şəhər sakini, 1979-cu il təvəllüdlü Cavanşir Valeh oğlu Aşırəliyev üzərinə benzin tökərək özünü yandırıb.

Onun özünü yandırmasına səbəb həyat yoldaşının ata evinə qayıtması olub. Cavanşir Aşırəliyev tüfeyli həyat tərzi keçirir və tez-tez ailəsi ilə mübahisə edirmiş. Bunu görən həyat yoldaşı uşaqlarını da götürüb atası evinə qayıdıb. 37 yaşlı kişi isə həyat yoldaşı qayıtmasa özünü yandıracağını bildirib. Səylərinin nəticəsiz qaldığını gördükdə isə özünə od vurub. 

Xəbər 490 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR