Bacısının toy günü ölən qardaşın taleyi Cəlilabadda hamını kədərləndirib.
Aktual.az qafqazinfo-ya istinadən xəbər verir ki, rayonun İnili kəndindən işləmək məqsədi ilə Rusiya Fedarasiyasına gedən Mahmudov Adış Alış oğlunu yüksək gərginlikli elektrik cərəyanı vurub.
Mərhumun yaxınlarının sözlərinə görə hadisə iş zamanı baş verib. Belə ki, fərdi evlərdən birində çardağda dəmir işləri görən zaman Adış Mahmudovun əlindəki dəmir parçası yüksək gərginlikli elektrik xətlərinə toxunub və o, elə orada dünyasını dəyişib.
Hadisə baş verən gün isə Adış Mahmudovun bacısının Cəlilabadda toyu imiş. Ailə isə oğlunun faciəvi ölümündən bir neçə gün sonra xəbər tutub.