Tərtər rayonunda qardaş bacısının boğazını kəsib.
Aktual.az APA-ya istinadən bildirir ki, hadisə rayonun Evoğlu kəndində qeydə alınıb. Kənd sakini, 1994-cü il təvəllüdlü Alızadə Cəmilə Valeh qızı boğaz nahiyəsinin kəsilmiş-deşilmiş xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağır qiymətləndirilir.
İlkin məlumata görə, hadisəni C.Alızadənin qardaşı qısqanclıq zəminində törədib.
Faktla bağlı Tərtər polisi tərəfindən araşdırma aparılır.