Yıxıldınızsa, o dəqiqə qalxmayın...
Deyirlər sabah qar yağacaq. Qarda yerimək isə çətindir. Gərək hər addımbaşı özünü yıxılmaqdan qoruyasan.
Aktual.az Ailem.az-a istinadən xəbər verir ki, qarın mikrobları öldürüb ətrafı bütünlüklə ağa bürüməsi ilə insanda xoşbəxtlik hormonu və adrenalin ifrazına səbəb olduğu deyiir. Evdə oturub qarı izləmək gözəldir. Ancaq işə, dərsə getməli olanlar üçün qarda gəzmək xeyli çətin olur. Bəs ayaqda qala bilmək üçün nələr edə bilərsiz?
Oxu.Az qarda yıxılmamaq üçün məsləhətlər təqdim edir.
Əgər varsa, mismarlı ayaqqabı geyinin, ya da ayaqqabının üzərindən corab geyinin.
Addımlarınızı sürətli, kiçik-kiçik atın.
Ayağınızın öncə burnu, sonra dabanı ilə yerə basın.
Qarın əzildiyi və ya üzərindən çox gedildiyi yerlərdən keçməyin.
Yeriyərkən bəzi yerlərdən dəstək alın.
Yanınızdakı dostunuzla qol-qola girməyin.
Yeriyərkən ayağınızın yerlə tam təmasını kəsməyin.
Yıxıldınızsa, o dəqiqə qalxmayın. Zərər görmüş ola bilərsiz.
Bel çantası isifadə edin. Əlləriniz boş olsun.
Şalvar yerişi əngəlləyəcək qədər gen, uzun olmamalıdır. Çalışın qalın olsun.
Paltonun çox uzun olmaması yaxşıdır.
Yıxılarkən əl və qollar dəstək rolu yerinə yetirdiyi üçün daha çox travma alar. Əl və biləyi qoruyan əlcəklər taxın.
Yeriyərkən əllərin cibdə olması müqavimətin itməsinə və başın zərbə almasına səbəb olur. Əllərinizi cibinizdən çıxarın.
Buz sallanan binaların altından keçəyin.