Qarbaçovdan Putinə ağır ittihamlar - "Rusiya çökür"

Qarbaçovdan Putinə ağır ittihamlar  -

SSRİ-nin keçmiş prezidenti Mixail Qorbaçov Rusiya iqtisadiyyatının mövcud vəziyyətini qiymətləndirib.

Aktual.az publika.az-a istinadən xəbər verir ki, keçmiş SSRİ-nin lideri “RİA-Novosti” agentliyinə açıqlamasında Rusiya iqtisadiyyatının vəziyyətinin çox ağır olduğunu bildirib.

Onun sözlərinə görə, böhrandan çıxmaq üçün effektiv proqram və cəmiyyətin səfərbərliyi lazımdır.

“Bu vəziyyətdən çıxmaq üçün ağıllı və konstruktiv səylər lazımdır. Ən vacib məsələ isə bütün cəmiyyətin səylərinin birləşdirilməsidir”, - siyasətçi vurğulayıb.

Qorbaçovun fikrincə, böhrandan çıxış proqramı indiyə qədər hazırlanmayıb. Siyasətçi bildirib ki, bu baxımdan da Rusiyaya böhrandan çıxmaq üçün nə qədər vaxt lazım olacağını demək çətindir.

Qeyd edək ki, Mixail Qorbaçov 1985-1991-ci illərdə Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsinin son birinci katibi və SSRİ-nin (15 mart 1990-cı il-25 dekabr 1991-ci il) prezidenti olub. Onun rəhbərliyi dövründə neftin qiymətlərinin kəskin düşməsi nəticəsində ölkə ağır iqtisadi böhranla üzləşib və sovet iqtisadiyyatı yeni dövrə uyğunlaşa bilməyib. Bu, Sovet İttifaqının dağılmasına gətirib çıxarıb.

// Aktual.az

Xəbər 6247 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR