“Ukraynada öldürülən azərbaycanlı ilə bağlı Ukraynanın Baş Prokurorluğu ilə rəsmi yazışmalarımız mövcuddur. Onlarla telefon əlaqəsi yaratmışıq. Ukraynanın baş prokuroru müraciətimizə ciddi yanaşıb”.
Aktual.az Report-a istinadən xəbər verir ki, bunu Azərbaycanın baş prokuroru Zakir Qaralov deyib.
Z.Qaralov bildirib ki, Ukraynanın baş prokuroru bütövlükdə zərərçəkmiş azərbaycanlılarla bağlı cinayət işlərini nəzarətə götürüb: “Bu yaxınlarda Ukraynadakı azərbaycanlı icmasının sədri və digərləri Ukrayna baş prokurorunun qəbulunda olacaqlar. Bütün bu işlər üzrə tədbirlər görülür”.