Bakının Qaradağ rayonunda bıçaqlanma hadisəsi baş verib.
"Report"un xəbərinə görə, 1996-ci il təvəllüdlü İsayev İbad Novruz oğlu Müşviqabad qəsəbəsində mübahisə zəmnində bıçaqlanıb.
O, aldığı xəsarətlərlə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlər yaralının vəziyyətini orta-ağır kimi qiymətləndiriblər.
Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.
Aktual.az
Xəbər 477 dəfə oxunub.