Qaradağ rayonunda avtomobil piyadanı vuraraq öldürüb.
Daxili İşlər Nazirliyindən Aktual.az-a verilən məlumata görə, hadisə rayonun Salyan yolu küçəsində qeydə alınıb.
Belə ki, sentyabrın 10-da saat 7 radələrində Qaradağ rayonunun Salyan yolu küçəsində Şəmkir rayon sakini İsgəndər Məmmədov idarə etdiyi "Mercedes” markalı avtomobillə yolu keçən Füzuli rayon sakini Mahir Ağayevi vurub və nəticədə piyada hadisə yerində ölüb.
Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.