Mərkəzi Neftçilər Xəstəxanasının cərrahiyyə və orqan transplantasiyası şöbəsində bu ilin 6 ayı ərzində canlıdan canlıya 9 qaraciyər, 56 böyrək transplantasiyası icra olunub.
Aktual.az xəbər verir ki, bunu Report-a açıqlamasında həmin xəstəxananın Cərrahiyyə və orqan transplantasiyası şöbəsinin müdiri Mircəlal Kazımi bildirib.
O deyib ki, əməliyyat olunan xəstələr ümumilikdə 14-66 yaş arasında olub. Xəstələrdən ümumilikdə 7-si uşaq, 37-si qadın, 21-i isə kişi olub.
M.Kazımi onu da qeyd edib ki, qaraciyər köçürülməsinin həyata keçirildiyi xəstələrdən 2-si uşaq, 6-sı kişi olub: "Əməliyyatdan bir neçə gün sonra qaraciyər köçürülən kişi xəstələrdən ikisi dünyasını dəyişib. Buna səbəb xəstələrin əməliyyata giriş vəziyyətinin ağır və riskli olması idi. Yəni, ölüm halı xəstələrin əməliyyatdan əvvəlki vəziyyətləri ilə bağlı olub".
Xəbər 600 dəfə oxunub.