"USM göstərdi ki, qaraciyər böyüyüb, öd kisəmdə çöküntü var və buna görə mədəaltı vəzi görünmür".
Aktual.az xəbər verir ki, bu sözləri Kulis-ə açıqlamasında tanınmış yazar Kənan Hacıdeyib.
Yazıçı bu gün 1 saylı Şəhər Kliniki Xəstəxanasında müayinədən keçib: "Sabah qan analizlərinin nəticələrindən asılı olaraq onlar qərar verəcəklər. Artıq Səhiyyə Nazirliyi bu işi nəzarətə götürüb. Orada da mənə qarşı çox diqqətli idilər. Dəyərli yazıçımız Kamal Abdulla və dəyərli millət vəkilimiz Qənirə xanım Paşayeva çox səy göstərdilər. Həmkarlarıma, dostlara da təşəkkür edirəm. Bu neçə gün ərzində məni tək qoymadılar.
Xatırladaq ki, yazıçı Kənana Hacı səkkiz ildən çoxdur ki, Hepatit C virusundan əziyyət çəkir.