Azərbaycan Premyer Liqasının 15-ci turunda keçiriləcək "Qarabağ” - "Neftçi” oyunu flaqmanın azarkeşləri üçün ödənişli olacaq.
"Report" paytaxt klubunun rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, oyunu izləmək istəyən paytaxt təmsilçisinin fanatları üçün Tofiq Bəhramov adına Respublika stadionunun 5-ci və 6-cı sektorlarında yer ayrılacaq.
Bilet satışı oyun günü saat 15:00-dan etibarən həmin stadionda həyata keçiriləcək. Biletlərin qiymətinin bir manat olacağı nəzərdə tutulub.
"Neftçi"nin Mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev "Report"a açıqlamasında məsələyə münasibət bildirib. O, flaqmanın ev oyunlarında həm öz, həm də qonaq komanda azarkeşləri üçün bilet satdığını və ona görə də "Qarabağ"ın yalnız "Neftçi" fanatları üçün girişi pullu etmək istəyinə qarşı çıxmadıqlarını vurğulayıb.
Qeyd edək ki, görüş fevralın 3-də saat 18:30-da başlanacaq.
Xəbər 512 dəfə oxunub.