"Qarabağ” UEFA Avropa Liqasının VII turundakı 2:3 hesablı məğlubiyyətlə əlaqədar Rumıniyanın FKSB klubuna 2 milyon avro qazandıracaq.
Aktual.az Teleqraf.com-a istinadla xəbər verir ki, qələbə sayəsində 8-ci yerə yüksələn FKSB UEFA-dan məhz bu qədər məbləği qazanmağa çox yaxındır. Qələbə üçün 450 min avro qazanan rumıniyalılar "səkkizliy”i əldən verməyəcəyi halda 600 min avro və pley-off-a vəsiqə qazandığı üçün 1 milyon avro əlavə bonus qazanacaq.
FKSB-nin prezidenti Cici Bekali "Qarabağ”a qalib gəldikləri üçün arzusuna çatdığını və son turda İngiltərənin "Mançester Yunayted” klubundan 1 xal alaraq, 2 milyon avroya nail olacağını açıqlayıb.
Qeyd edək ki, FKSB "Qarabağ”a qalib gələrək 14 xalla VIII pilləyə yüksəlib. Rumıniya təmsilçisi qitə turnirində indiyədək təxminən 8,3 milyon avro qazanıb.
Xəbər 60 dəfə oxunub.