Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.
Aktual.az-ın məlumatına görə, turnirdə yeganə təmsilçimiz "Qarabağ"ın da növbəti mərhələdəki potensial rəqibi bəlli olub.
Ağdam klubu ikinci təsnifat mərhələsində "Rudar" səddini (Monteneqro) keçə bilsə, "Seltik" (Şotlandiya) "Styarnan" (İslandiya) cütünün qalibi ilə üz-üzə gələcək.