"Qarabağ"ın rəqibi baş məşqçisiz qaldı

  • İDMAN

"Qarabağ"ın Avropa Liqasının "pley-off" mərhələsindəki rəqibi "Yanq Boyz" baş məşqçisi Uli Forte ilə yolları ayırıb.

Aktual.az qol.az-a istinadən xəbər verir ki, klubun saytına istinadən yaydığı xəbərə görə, İsveçrə təmsilçisi iki gün əvvəl 41 yaşlı mütəxəssisi istefaya göndərib. Komandanın Çempionlar Liqasında "Monako"ya uduzaraq turnirdə mübarizəni dayandırmasında sonra bu qərar verilib.

Klubun idman direktoru Fredi Bikel bu qərarı verməyin asan olmadığını bildirib: "Ancaq hazırkı vaxtda klubu başqa birinin çalışdırması daha yaxşı olacaq".

Komandanın müvəqqəti olaraq U.Fortenin köməkçisi Harald Qamper çalışdıracaq.

 
Xəbər 543 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR