"Qarabağ"ın üzvü Andrey Lunyov UEFA Avropa Liqasının qrup mərhələsində ən çox qurtarış edən qapıçıların sırasında yer alıb.
Aktual.az xəbər verir ki, 32 yaşlı qolkiper 5 qarşılaşmada 19 seyvlə yadda qalıb.
Rusiyalı oyunçu bu göstəriciyə görə Moldovanın "Şerif" komandasında çıxış edən Maksim Kovalla birlikdə 4-5-ci yerləri bölüşdürür.
Qeyd edək ki, Polşanın "Rakuv" klubundan Vladan Kovaçeviç (25) liderdir. Kipr təmsilçisi "Aris"in braziliyalı qapıçısı Vana (24) ikinci, Avstriyanın "Ştrum” kollektivindən Kyell Sherpen (20) üçüncüdür.
Xatırladaq ki, "Qarabağ" qrup mərhələsinin V turunda Norveçdə "Molde" ilə heçə-heçə edib - (2:2).
Xəbər 405 dəfə oxunub.