Qarabağ məsələsi ilə bağlı ərazi güzəştləri ilə bağlı ayrıca danışmaq düzgün deyil.
Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə hökumətin iclasından sonra Ermənistan xarici işlər nazirinin müavini Karen Nazaryan bildirib.
Rusiyanın “Kommersant” qəzetinin Rusiya XİN rəhbəri Sergey Lavrovun sonuncu İrəvan səfəri və bu səfər zamanı Qarabağ ətrafında ərazilərin geri qaytarılması məsələsi müzakirə olunmasına dair məlumatları Nazaryan belə cavablandırıb: “Mən bu görüşdə iştirak etməmişəm. Lakin bu məsələlər dəfələrlə müzakirə olunub və qərara alınıb ki, münaqişənin hərtərəfli nizamlanmasına dair saziş müzakirə olunmadan ayrıca elementləri qabardılması yolverilməzdir”.