“Qarabağ”ın püşkatma mərasimində 18 rəqibi müəyyənləşib

“Qarabağ”ın püşkatma mərasimində 18 rəqibi müəyyənləşib


Sabah Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atılacaq.

Aktual.az "APA”ya istinadən xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutacaq tədbir Bakı vaxtı ilə saat 14:00-da başlayacaq. Mərasimdə Azərbaycan çempionu "Qarabağ”ın da mümkün rəqibi bilinəcək.

II təsnifat mərhələsinin ilk görüşündə "Samtredia”nı (Gürcüstan) 5 cavabsız qolla üstələyən ağdamlıların tur adlaması heç kimdə şübhə doğurmur. Bu üzdən "Qarabağ” – "Samtredia” cütünün qalibi ilə düşəcək komanda və ya komandaları mümkün rəqib hesab etmək olar.

Püşkatmaya 47 klub qatılacaq. Bunlardan 13-ü mübarizəyə III təsnifat mərhələsindən başlayan klub, 34-ü isə əvvəlki raundun 17 cütüdü.

İki hissədən ibarət püşkatma mərasimində "Qarabağ” Çempionlar yolunda öz rəqibini tanıyacaq. Burada 20 iştirakçı – 3 klub və 17 cütlük olacaq.

Artıq onlar reytinqinə görə səbətlərə bölünüb. Cütlərin səpələnib-səpələnməməyi favoritin əmsalına görə müəyyənləşib.

"Qarabağ”ın əmsalı 10-cu olduğu üçün Azərbaycan və Gürcüstan çempionlarının yer aldığı cüt səpələnmişlər sırasındadı. Bu da nisbətən asan rəqib vəd edir. Mümkün rəqiblərdən ikisi mübarizəyə birbaşa qoşulan klub, 8-i isə cütlükdü.

Baxmayaraq ki, 18 səpələnməmiş arasında Rumıniya və Çexiya çempionları, müvafiq olaraq "Vitorul”la "Slaviya” da var. "Astana”, "Riyeka” və "Partizan”ın yer aldığı cütlər də ideal variant sayılmır.

Qeyri-çempionlar yolunda isə 10 klub 5 cütlük təşkil edəcək. Reytinqi yüksək olan ölkələrin çempionatında mükafat qazanan komandalar da püşkdən öncə 2 səbətə bölünüb.

Çempionlar Liqası

III təsnifat mərhələsi

Çempionlar yolu

Səpələnmişlər

"Olimpiakos” (Yunanıstan)

"Linfild” (Şimali İrlandiya) - "Seltik” (Şotlandiya) cütünün qalibi

"Jilina” (Slovakiya) - "Kopenhagen” (Danimarka) cütünün qalibi

"Hibernians” (Malta) - "Zalsburq” (Avstriya) cütünün qalibi

"Jalgiris” (Litva) – "Lüdoqorets” (Bolqarıstan) cütünün qalibi

BATE (Belarus) - "Alaskert” (Ermənistan) cütünün qalibi

"Mariehamn” (Finlandiya) - "Legiya” (Polşa) cütünün qalibi

APOEL (Kipr) - "Dudelanj” (Lüksemburq) cütünün qalibi

"Zrinski” (Bosniya və Herseqovina) - "Maribor” (Sloveniya) cütünün qalibi

"Qarabağ” (Azərbaycan) -"Samtredia” (Gürcüstan) cütünün qalibi

Səpələnməmişlər

"Malmö” (İsveç) - "Vardar” (Makedoniya) cütünün qalibi

"Spartak” (Latviya) - "Astana” (Qazaxıstan) cütünün qalibi

"Partizan” (Serbiya) - "Buduçnost” (Monteneqro) cütünün qalibi

"Riyeka” (Xorvatiya) - TNS (Uels) cütünün qalibi

"Dandalk” (İrlandiya) - "Rusenborq” (Norveç) cütünün qalibi

"Şerif” (Moldova) - "Kukesi” (Albaniya) cütünün qalibi

"Hapoel” (Beyer Şeva, İsrail) - "Honved” (Macarıstan) cütünün qalibi

"Slaviya” (Çexiya)

"Hafnarfyordur” (İslandiya) - "Vikinqur” (Farer adaları) cütünün qalibi

"Vitorul” (Rumıniya)

Qeyri-çempionlar yolu

Səpələnmişlər

"Dinamo” (Kiyev, Ukrayna)

"Ayaks” (Hollandiya)

"Viktoriya” (Çexiya)

MOİK (Rusiya)

"Brügge” (Belçika)

Səpələnməmişlər

"Styaua” (Rumıniya)

"Yanq Boyz” (İsveçrə)

"Nitsa” (Fransa)

"Başakşehər” (Türkiyə)

AEK (Yunanıstan)
Xəbər 456 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR