"Qarabağ"ın mərhələ adlama ehtimalı neçə faizdir?

  • İDMAN

UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turundan sonra turnirdə növbəti mərhələyə yüksəlmək şansları ilə bağlı ehtimallar yenilənib.
Aktual.az xəbər verir ki, yenilənən siyahıda "Qarabağ"ın pley-off mərhələsinə yüksəlmək şansı 68%-dir.
Ağdam təmsilçisinin birbaşa 1/8 final mərhələsinə vəsiqə qazanmasına isə 0.2% ehtimal verilib.
Siyahıya İngiltərənin "Arsenal" klubu başçılıq edir. "Topçular"ın 1/8 final mərhələsinə yüksəlmək fürsəti 99.99%, ilk "24-lüy"ə düşməsi isə 100%-dir.
Türkiyə çempionu "Qalatasaray"ın pley-offa vəsiqə qazanmaq imkanı 93%, 1/8-ə isə 4%-dir.
Qeyd edək ki, "Qarabağ"ın Çempionlar Liqasında "Ayaks", "Ayntraxt Frankfurt"la ev və "Liverpul"la səfər oyunları qalıb. Qurban Qurbanovun rəhbərlik etdiyi komanda beş turdan sonra 7 xalla 19-cu pillədə qərarlaşıb.
Xəbər 97 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR