Türkiyə millisinin və "Qalatasaray"ın sabiq futbolçusu Hakan Şükür "Qarabağ” klubunun UEFA Çempionlar Liqasındakı çıxışına münasibət bildirib.
Aktual.az xəbər verir ki, sabiq ulduz futbolçu Azərbaycan təmsilçisinin oyununu yüksək qiymətləndirib.
""Qarabağ” "Viktoriya” oyununa baxdım və pley-off-dakı mübarizəni dayandırmaqlarına üzüldüm. Bir az səhvlər etdilər. "Qarabağ”ın UEFA Avropa Liqasında yaxşı yerlərə gələcəyinə inanıram. Filip Ozobiç əla qol vurdu. Azərbaycan klubunun futbolçusu Toral Bayramovun adının "Qalatasaray”la hallanması səbəbindən onu izlədim. Çox gözəl futbol oynayır və ayaqlarına sahib futbolçudur”.
Hakan Şükür qapıçıların diqqət etməli olduqları məqamlardan da danışıb:
"Qapıçının oyuna çox qoşulmadığı anlarda bəzən problemlər olur. Cərimə meydançasının sonuna qədər topa çıxmaq ciddi səhvdir. Ora getdinizsə, topu mütləq tutmalısınız. Fikrimcə, "Viktoriya”nın çox uzun hədəfləri olmayacaq. "Qarabağ” qruplara qalsaydı, daha yaxşı olardı. Çünki buna layiq idilər”.
Xəbər 355 dəfə oxunub.