İntizamı kobud şəkildə pozduğu üçün.
Azərbaycanın futbol üzrə gənclərdən ibarət (U-19) yığmasının baş məşqçisiNazim Süleymanov “Qarabağ”ın oyunçusu Mahir Mədətovu komandadan qovub.
Aktual.az AFFA-ya istinadən xəbər verir ki, buna səbəb intizamın kobud şəkildə pozulması olub.
Məlum olduğu kimi Azərbaycan yığması bu günlərdə oyunları Bakıda keçirilən Avropa çempionatının təsnifat raundunun iki matçında məğlub olub. Komandamız ilkin olaraq Ukraynaya (0:4), daha sonra isə Türkiyəyə (0:1) məğlub olub.