Avropa Liqasının qrup mərhələsinin püşkü atılıb.
Aktual.az xəbər verir ki, Azərbaycanın avrokuboklardakı yeganə təmsilçisi "Qarabağ"ın da rəqibləri müəyyənləşib.
Azərbaycan çempionu G qrupuna düşüb. "Qarabağ" növbəti mərhələyə vəsiqə uğrunda "Olimpiakos" (Yunanıstan), "Frayburq" (Almaniya) və "Nant" (Fransa) klubları ilə mübarizə aparacaq.
Xəbər 590 dəfə oxunub.