Millimizin müdafiəçisi Bəhlul Mustafazadənin "Sabah”dan ayrılıb "Əl-Əyn”ə keçəcəyi gözlənilsə də, bu transfer baş tutmayıb. 24 yaşlı müdafiəçi karyerasını yenidən Azərbaycanda davam etdirəcək.
Fanat.Az saytı futbolçunun yeni klubu ilə bağlı bilgiyə sahibdir. Əldə etdiyimiz məlumata görə, Bəhlul karyerasını "Qarabağ”da davam etdirəcək. Müdafiə xətti ilə bağlı sıxıntı yaşayan Ağdam klubu ərəblərin imtinasından sonra dərhal hərəkətə keçib və anlaşma əldə edib.
Qeyd edək ki, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) təmsilçisinin baş məşqçisi Sergey Rebrov son anda Bəhlulun transferindən imtina edib. "Sabah”ın sabiq çalışdırıcısı, hazırda "Əl-Əyn”də Rebrovun yardımçısı funksiyasını yerinə yetirən Visente Qomesin vasitəçiliyi ilə gündəmə gələn keçidin alınmamasının əsas səbəbi BƏƏ çempionatında hər komandaya start heyətində meydana cəmi 4 legioner buraxmağa icazə verilməsidir. "Əl-Əyn”in heyəti legionerlərlə zəngin olduğundan, Rebrov limiti müdafiəçi hesabına doldurmaq istəmədiyini rəhbərliyə bildirib.
Xəbər 480 dəfə oxunub.