"Qarabağ"da ruh yüksəkliyi yüksək səviyyədədir.
Bu sözləri
Aktual.az-a açıqlamasında "Qarabağ” futbol klubunun mətbuat katibi Anar Hacıyev Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində "Bayer 04” komandası ilə bu gün keçiriləcək oyun haqda danışarkən deyib.
"Baxmayaraq ki, iki futbolçumuz (Julio Romao və Elvin Cəfərquliyev) cəzalı durumdadır, amma komandada ruh yüksəkliyi yüksək səviyyədədir. Bununla yanaşı, oyundan gözləntilərimiz də yüksəkdir”, - A.Hacıyev bildirib.
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ”-"Bayer” matçı saat 21:45-də başlayacaq.
Xəbər 261 dəfə oxunub.