BMT sülhməramlılarının Qarabağa göndərilməsi mövzusu bir neçə dəfə gündəmə gəlib. Lakin istənilən missiya yalnız münaqişənin hər iki tərəfinin - həm Bakının, həm də İrəvanın razılığı ilə cəlb edilə bilər.
Aktual.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
"Müxtəlif səviyyələrdə daimi təmaslar var. Təbii ki, bu mövzu dəfələrlə gündəmdə olub. Amma aydındır ki, istənilən missiya yalnız münaqişənin hər iki tərəfinin razılığı ilə əraziyə göndərilir”, - o bildirib.
Xəbər 266 dəfə oxunub.