Qarabağda separatçılar müharibəyə hazırlaşır...

Qarabağda separatçılar müharibəyə hazırlaşır...

Separatçılar Qarabağda təxribat hücumlarını intensivləşdirib.
Aktual.az xəbər verir ki, son iki gündə qanunsuz erməni silahlı dəstələri ordumuzun mövqelərinə təxribat atəşi açır.
Bununla yanaşı, Rusiya sülhməramlılarının müşaiyəti ilə yenidən silah-sursat daşınmasına cəhdlər edilir.
Prezident İlham Əliyevin təslim olmaq və amnistiyadan yararlanmaq imkanı ilə bağlı son çağırışından imtina edən separatçıların "erməni əhali Azərbaycanın tərkibində yaşamaq istəmir” görüntüsü yaratmaq məqsədilə təxribatlar törədəcəyi, Qarabağda toqquşmalar yaradacağı ehtimalı böyükdür. Lakin bu da onların "xilasına” imkan verməyəcək.
Separatçılar bütün variantları düşünür, müzakirə edirlər.
"İravunk” qəzeti yazır ki, Xankəndidə erməni əhalisi arasında hər şeyin sona çatdığı əhval-ruhiyyəsi var.
Üç ssenari üzərində müzakirə aparılır:
1. Əliyevin tələbini qəbul etmək və anlaşmaq: buna müvəqqəti həll yolu kimi baxılır və anlayırlar ki, maksimum 1 ildən sonra ermənilərin hamısı ərazini tərk edə bilər;
2. Bütün təklifləri rədd etmək və müharibəyə hazırlaşmaq;
3. Qarabağı tamamilə tərk etmək;
"İravunk” yazır ki, az da olsa, ikinci variant haqqında müzakirələr gedir: "Lakin bu çox ümidsiz görünür. Ermənistanda Paşinyanın bəyanatına qarşı çoxminlik etiraz mitinqi keçirildimi? Mövcud vəziyyət 1988-ci ildəki (separatizmin başlanması) kimidir? Qarabağda nə qədər mərmi, silah-sursat, hərbi texnika, döyüşə biləcək canlı qüvvə var? Bu suallar reallığın danışılanlarla tərs-mütənasib olduğunu deməyə əsas verir. Misal üçün, hərbi müstəvidə mübarizə başlandı, neçə gün duruş gətirə biləcəklər?! Bir-iki günlük döyüşdən sonra silah-sursat da bitəcək”.
Nəşr separatçılara vəziyyətdən çıxmaq üçün təklif verir: "Bu, başqa ölkənin nəzarətinə keçməkdir, təbii ki, həmin ölkə Ermənistan deyil. Bu, İran və Rusiya ola bilər. İranın bu yükün altına girəcəyi ehtimalı azdır, o baxımdan, Rusiya bəlkə nələrsə edə bilər”.
Bu "çıxış yolları” ermənilərin təxəyüllünün məhsuludur və hər kəs anlayır ki, mövcud şərtlərdə separatçıları nə "döyüşmək”, nə də başqa bir ölkə xilas edə bilməyəcək. Yeganə yolu Bakıya təslim olmaqdır.
Xəbər 206 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR