Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün istənilən ölkədən daha çox səy göstərir.
Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, bu barədə İrəvanda səfərdə olan Rusiya Federasiya Şurasının spikeri Valentina Matvienko bildirib.
Senator vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi Postsovet məkanında ən çox davam edən münaqişələrdən biridir: “O hələ Sovet İttifaqı dövründə başlayıb və ən azı 30 ildir davam edir. Fikrimcə, bu gün hamı anlamalıdır ki, bu münaqişə tərəflərə problemdən başqa heç nə vermir”.
Matvienko qeyd edib, münaqişənin həlli yolunun tapılması prosesi olduqca ləng gedir: “Bütün məsuliyyəti ilə deyə bilərəm ki, bu mürəkkəb düyünün açılması üçün istənilən ölkədən çox səy göstərir”.
Federasiya Şurası spikerinin sözlərinə görə, Rusiya ATƏT və BMT-də, həmçinin Ermənistan və Azərbaycana rəhbərliyi ilə ən yüksək səviyyədə ikitərəfli əlaqələr müstəvisində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün aktiv şəkildə fəaliyyət göstərir: “Bizim bu məsələdə mövqeyimiz ardıclıdır. Rusiya münaqişənin müharibənin bərpa olunması, humanitar böhran riskini istisna edən siyasi yolla həll olunmasının tərəfdarıdır”.