Azad edilən ərazilərdə bugünədək 8 min vətəndaş işlə təmin edilib.
Aktual.az xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov bu gün keçirilən mətbuat konfransında deyib.
Təkcə 2025-ci ildə 2 847 vətəndaş işlə təmin edilib. 154 nəfər özünəməşğulluq proqramına cəlb edilib.
Onların ümumi sayı 705-ə çatdırılıb.Onların 58 faizi dövlət, 42 faizi özəl sektorda çalışır.
Azad edilən ərazilərdə peşə hazırlığı tədbirlərinə cəlb edilən vətəndaşların sayı 360-a çatır.
Xəbər 59 dəfə oxunub.