Qarabağda Ermənistana son sürpriz - VİDEO

Qarabağda Ermənistana son sürpriz - VİDEO

Bir neçə müddətdir Ermənistanla Azərbaycan arasındakı münasibətlərdə gərginlik daha da artıb.
Bunu Ermənistanın güc strukturları arasındakı ritorikadan da hiss etmək mümkündür.
Bir neçə gün öncə Ermənistanın müdafiə naziri açıqlamasında qeyd edib ki, gələcək müharibə üçün ordu daha da müasirləşdirilməlidir.
Hər gün bir fikrə düşən baş nazir Nikol Paşinyansa daha çox sülh tərəfdarı kimi çıxış etsə də,  KTMT-nın sonuncu sammiti çərçivəsində Azərbaycanı işğalçı dövlət kimi tanıtmağa çalışması onun heç də səmimi olmadığını deməyə əsas verir.
Son günlər, xüsusən, sülhməramlıların müvəqqəti nəzarət etdiyi ərazilərimizdəki hərbi canlanma sosial şəbəkədə rusların torpaqlarımızda canlı qüvvə, hərbi texnika yığması ilə bağlı yayılan xəbərlər, bizə tərəflər arasında yaxın günlərdə yeni bir qarşıdurmanın yaşanacağı siqnalını verir.
Baku TV-nin mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik:


Xəbər 373 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR