Qarabağ münaqişəsi zonasında aparılan axtarış işləri zamanı daha bir erməni hərbçinin meyiti tapılıb.
Qaynarinfo Ermənistan mətbuatına istinadən xəbər verir ki, düşmən ölkənin hərbçinin qalıqları Hadrut ərazisində aşkarlanıb. Onun kimliyi hələ ki, müəyyənləşdirilməyib. Bununla da indiyədək tapılan erməni hərbçilərin meyitlərinin sayı 1 365-ə yüksəlib.
Hazırda axtarış işləri Cəbrayıl və Hadrut istiqamətlərində davam etdirilir.
Xəbər 718 dəfə oxunub.