Qarabağa silah daşımaq istəyən separatçılar məhv edildi

Qarabağa silah daşımaq istəyən separatçılar məhv edildi

Azərbaycan Ordusu ilə Qarabağda məskunlaşan erməni separatçı qüvvələr arasında silahlı insident yaşanıb.
Aktual.az xəbər verir ki, bu barədə "Caliber” məlumat yayıb.
"Müəyyən müddət ərzində Azərbaycan tərəfi Ermənistan ərazisindən əsas Laçın yolundan yan keçməklə, torpaq yoldan - Xəlfəli yolundan istifadə edərək Qarabağ bölgəsinə silah və sursatların daşınması barədə siqnallar almağa başlayıb. Bu gün daha bir analoji siqnal alan əməliyyatçılarımız əraziyə baxış keçirmək üçün yola çıxıblar. Bizim əməliyyatçılar yoldan keçən erməni avtomobilini saxlamaq istəyəndə onun sərnişinləri atəş açıblar.

Cavab atəşi nəticəsində düşmən zərərsizləşdirilib. Bugünkü silahlı insident Ermənistan Respublikasının hərbi-siyasi rəhbərliyinin Azərbaycana qarşı təxribat törətməkdə, onun ərazisinə silah-sursat, eləcə də canlı qüvvə atmaqda davam etdiyini təsdiqləyir”, - məlumatda bildirilib.
Xəbər 652 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR