Bu gün “Yerkrapa” hərbi təşkilatının 400 könüllüsü İrəvanın Nubaraşen rayonunda yerləşən hərbi hissədən Dağlıq Qarabağa gedəcək.
AzVision.az “tert.am”-a istinadən xəbər verir ki, onlar Qarabağda olan könüllüləri əvəzləmək üçün göndərilir.
400 könüllü silahlarla təmin olunacaq.
Qeyd edək ki, “Yerkrapa” təşkilatının 10 min üzvü var. Onlardan yalnız 5 min nəfəri işğal edilmiş torpaqlarda yerləşdirilib.