Qurban Qurbanovun yetirmələri məğlubiyyətdən son dəqiqələrdə xilas olublar.
Topaz Premyer Liqasının 6-cı turunun növbəti 2 oyunu keçirilib.
Oxu.Az xəbər verir ki, turun mərkəzi qarşılaşmasında “Qarabağ” yeni stadionunda “Neftçi”ni qəbul edib.
Gərgin və maraqlı keçən qarşılaşmada komandalar hərəyə bir dəfə fərqləniblər. Hesabı oyunun 61-ci dəqiqəsində qonaqlar açıb. Flaqmanın heyətində Erik Ramos fərqlənib.
“Qarabağ”ı məğlubiyyətdən hakimin əlavə etdiyi dəqiqələrdə Riçard Almeyda qurtarıb. Braziliyalı yarımmüdafiəçi 11-metrlik zərbəni dəqiq yerinə yetirərək oyunda bərabərliyi bərpa edib.
Turun digər oyununda birinciliyin aşkar autsayderi AZAL “Sumqayıt”ın qonağı olub. Bu oyun da 1:1 hesablı bərabərliklə bitib. 61-ci dəqiqədə Ağabala Ramazanovun qoluna AZAL hakimin əlavə dəqiqələrdə Quruli ilə cavab verib.
Qeyd edək ki, bu AZAL-ın mövsümdə vurduğu ilk qoldur.
// Aktual.az