"Qarabağ" 2017-2018 mövsümündən oyunlara ulduzlu formalarla çıxacaq
Aktual.az xəbər verir ki, bu barədə report-a klubun baş direktoru Emrah Çelikel məlumat verib. E.Çelikelin sözlərinə görə, "Qarabağ" 5 qat Azərbaycan çempionu olduğu üçün belə qərar qəbul edilib. Klub rəsmisi formadakı loqo üzərində 1 ulduzun təsvir olunacağını vurğulayıb.
Qeyd edək ki, hazırda Azərbaycanın "Kəpəz" və "İnter" klubları meydana çempionluq sayı qədər - müvafiq olaraq, 3 və 2 ulduzlu forma ilə çıxırlar. "Neftçi" isə 8 dəfə çempion olduğu halda, tək ulduzlu forma geyinir.
Aktual.az
Xəbər 414 dəfə oxunub.