“Qarabağ” - ”Vorskla” matçına indiyədək satılan bilet sayı müəyyənləşib

“Qarabağ” - ”Vorskla” matçına indiyədək satılan bilet sayı müəyyənləşib
  • İDMAN

 Avropa Liqasında "Qarabağ” və Ukraynanın ”Vorskla” komandaları arasında keçiriləcək III tur matçına indiyədək satılan bilet sayı açıqlanıb.

"Report” Ağdam klubunun rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, artıq 12 mindən çox bilet sahibini tapıb. Oyunun keçiriləcəyi Bakı Olimpiya Stadionu 70 minədək tamaşaçı tutumuna malikdir. Biletlərin qiymətləri 2, 4, 8 10 və 50 (VİP) manatdır. Onları Qarabağ FK Fan-şop ("Park Bulvar"), iTicket kassaları, "ASAN Xidmət mərkəzləri (1,2,3,4, Sumqayıt ), "28 Mall", "Gənclik Mall" və İticket.az  saytından almaq mümkündür .
Qeyd edək ki, oktyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ” - ”Vorskla” oyunu saat 20:55-də başlayacaq.
 
Aktual.az
Xəbər 442 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR