Topaz Premyer Liqasının I turu çərçivəsində baş tutan “Qəbələ” – “Qarabağ” matçında qırmızı vərəqə alan Rəşad Sadiqovun cəzası bəlli olub.
Aktual.az xəbər verir ki, İntizam Komitəsi (İK) bu gün “Qəbələ”nin yarımmüdafiəçisinin cəzasını açıqlayıb.
2:2 hesabı ilə başa çatan qarşılaşmanın 73-cü dəqiqəsində rəqib oyunçusu Qara Qarayevə qarşı kobud oynayan təcrübəli oyunçu birbaşa qırmızı vərəqə aldığından, İK ona 2 oyunluq cəza kəsib. Həmçinin klub isə 2000 manat məbləğində cərimələnib.
Görüşün 85-ci dəqiqəsində “Qarabağ”ın azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə isə Ağdam klubu 1000 manat cərimə olunub.
9 avqust 2015-ci il, 2015/2016 mövsümündə, XXIV Azərbaycan Premyer Liqasının I turunun “Neftçi” – “Kəpəz” matçının 70-ci dəqiqəsində “Kəpəz” klubunun 25 №-li futbolçusu Şəhriyar Əliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur
Oyunun 57-ci dəqiqəsində “Neftçi”, 71-ci dəqiqəsində “Kəpəz” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə hər iki klub 1000 manat cərimə olunur .
9 avqust 2015-ci il, 2015/2016 mövsümündə, XXIV Azərbaycan Premyer Liqasının I turunun “Rəvan” – “Sumqayıt” matçının 40-cı dəqiqəsində “Sumqayıt” klubunun 55 №-li futbolçusu Ağabala Ramazanov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 2000 manat cərimə olunur
8 avqust 2015-ci il, 2015/2016 mövsümündə, XXIV Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin I turunun “Zirə” – AZAL matçının 88-ci dəqiqəsində “Zirə” klubunun 30 №-li futbolçusu Elnur İsmayılov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur .(qafqazinfo)