"Qarabağ" və Messi arasındakı bağlılıq üzə çıxdı


İspaniya "Barselona"sının ulduz futbolçusu Lionel Messinin doğum günü dünyada 9 klubun yaradılma günü ilə üst-üstə düşüb.  

Meksikanın "Eldictamen" nəşrinin apardığı araşdırma nəticəsində həmin klublardan birinin "Qarabağ" olduğu müəyyənləşib. 

İyunun 24-də həm Messi, həm də "Qarabağ"ın 33 yaşı tamamlanıb.  

Bundan başqa Çilinin "Everton Vinya del Mar" komandası 111, Almaniya təmsilçisi "Germania Ruhland" 110 yaşını qeyd edib. Avstriyanın "Zaltsburger AK" 106, Danimarkanın "Frederikşavn" klubu 89 il öncə qurulub. 

Lüksemburqun "Atert Bissen" (75), Almaniyanın "Rotterburq" (74) və Türkiyənin "Diyarbakırspor" (52) klublarının yaradılması da 24 iyuna təsadüf edib. Avstriyanın "Silz/Mötz" klubu isə 3 il öncə fəaliyyətə başlayıb. 

Qeyd edək ki, Lionel Messi İspaniya çempionluqları sayında (10 dəfə) 8 qat Azərbaycan çempionu "Qarabağ"ı ötsə də, İspaniya Super Kubokunu Azərbaycan təmsilçisinin göstəricisi qədər əldə edib.(report.az)
Xəbər 692 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR