“Qarabağ” – “Sportinq” oyununa 10 mindən çox bilet satılıb

“Qarabağ” – “Sportinq” oyununa 10 mindən çox bilet satılıb
  • İDMAN

Noyabrın 29-da UEFA Avropa Liqasının qrup mərhələsinin V turu çərçivəsində Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ” – "Sportinq” oyununa 10 mindən artıq bilet satılıb.

Bu barədə Trend-ə açıqlamasında "Qarabağ” futbol klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov deyib.
O bildirib ki, hazırda bilet satışı davam edir: "Oyun üçün 67 mindən artıq bilet çap olunub. Biletlərin qiyməti 2 manatdan 50 manata qədər dəyişir. Artıq rəqib komandanın azarkeşləri 50 bilet alıblar. Qalan biletlər "Qarabağ” azarkeşlərinə satılıb”.
Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. E qrupunda mübarizə aparan Ağdam təmsilçisi 4 oyundan 3 xalla sonuncu sıradadır.

Aktual.az
Xəbər 440 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR