UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları keçirilib.
Aktual.az Trend-ə istinadən xəbər verir ki, məlumatına görə, turnirində yeganə təmsilçimiz olan “Qarabağ” səfərdə Şotlandiyanın “Seltik” klubu ilə qarşılaşıb.
Bərabər səviyyədə keçən oyunda meydan sahibləri hesabı yalnız 82-ci dəqiqədə açıblar. Matçda başqa qol qeydə alınmayıb - 1:0.
Beləliklə, bu hesabı çətin səfər oyununda sərfəli nəticə saymaq olar.
Qeyd edək ki, cavab qarşılaşması bir həftə sonra Bakıda keçiriləcək.