Azərbaycan çempionu “Qarabağ” UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Monteneqro təmsilçisi “Rudar”la qarşılaşıb.
Aktual.az xəbər verir ki, ilk görüşdə rəqibi ilə bərabərə qalan "Qarabağ" səfərdən qalib ayrılıb.
Görüşün 57-ci dəqiqəsində Ansi Aqollinin ötürməsini qola çevirən Reynaldo komandasını növbəti mərhələyə daşıyıb.
III mərhələdə isə rəqib Şotlandiyanın “Seltik” klubu olacaq.