Qarabağ qapandı. İndi sual budur: Zəngəzur kimindir?

Qarabağ qapandı. İndi sual budur: Zəngəzur kimindir?

Ərdoğanın yenidən prezident seçilməsindən sonra Türkiyənin Cənubi Qafqaz siyasəti dəyişməyəcək.
Aktual.az xəbər verir ki, bu sözləri Rusiyanın Yaxın Şərq İnstitutunun prezidenti, ermenipərəstliyi ilə seçilən Yevgeni Satanovski erməni mediasına müsahibəsində deyib.
O bildirib ki, bu, artıq Azərbaycanın Ermənistana qarşı irəli sürdüyü kifayət qədər sərt ultimatumda da nəzərə çarpır:
"Ərdoğan qalib gəldi və o, Bakının ən yaxın müttəfiqidir. O, İkinci Qarabağ müharibəsinin qaliblərindən biridir.
Qarabağ və onun Ermənistana məxsusluğu mövzusu qapanıb - Paşinyan qapayıb. Ermənilərin orada qalıb-qalmayacağı bu gün sual altındadır.
Bundan başqa, Ermənistan ərazisindən Naxçıvana dəhliz mövzusu açıqdır və böyük sual Ermənistanın Zəngəzur bölgəsinin Ermənistanın nəzarətində qalıb-qalmayacağıdır. Paşinyan açıq şəkildə Rusiya hərbi bazasından və Qarabağdakı rus sülhməramlılardan xilas olmaq istəyir. Amma bu halda onun Bakı və Ankara ilə növbəti toqquşmada niyə uduzmayacağı bəlli deyil”.
Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesinə gəlincə, Satanovski bildirib ki, hər şey hansı normallaşmadan danışdığımızdan asılıdır:
"Əgər Ermənistan bu gün Ərdoğanın inşa etdiyi gələcək Osmanlı limanının periferik əyalətlərindən birinə çevrilərsə, o zaman normallaşma mümkündür.
Ermənistanı daha hansı aqibət gözləyir, anlaya bilmirəm. Paşinyanın birmənalı Qərbə yönəlməsi Ermənistana başqa aqibət qoymur. Onun etdiyi hər şey ABŞ-ın maraqlarına uyğundur. ABŞ-ın maraqları isə Ermənistanın İran və Rusiya ilə əlaqəsinin kəsilməsidir. Belə olan halda Ermənistanın hansı şansları var”.
Xəbər 241 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR