Futbol üzrə Azərbaycan Premyer Liqasının III turunun oyunları üçün bütün təyinatlar açıqlanıb.
Aktual.az-ın "Report"a istinadən məlumatına görə, "Qarabağ" və "Neftçi" komandaları arasında keçiriləcək turun mərkəzi görüşü FİFA referisi Əliyar Ağayevə həvalə olunub. Beynəlxalq dərəcəli digər referi Ömər Paşayev isə bu mövsüm ilk dəfə meydana baş hakim kimi çıxacaq. O, "Keşlə" - "Səbail" matçında iş başında olacaq.
25 avqust (şənbə)
18:00. "Qəbələ” – "Sumqayıt”
Hakimlər: Rəvan Həmzəzadə, Nahid Əliyev, Cavanşir Yusifov, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Vüsal Əliyev
Qəbələ şəhər stadionu
20:30. "Zirə” – "Sabah”
Hakimlər: Orxan Məmmədov, Vaqif Musayev, Cəmil Quliyev, Ramil Diniyev
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Füzuli Nəcəfov
"Dalğa Arena”
26 avqust (bazar)
18:00. "Keşlə” – "Səbail”
Hakimlər: Ömər Paşayev, Elman Musayev, Məmmədəli Kərimov, Rəhim Həsənov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Hakim-inspektor: Kərim Ağayev
"ASK Arena"
20:30. "Qarabağ” – "Neftçi”
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Zeynal Zeynalov, Rauf Cabbarov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Məlik Həsənov
"Azərsun Arena”
Xəbər 468 dəfə oxunub.